AZ

Bakının ən rahat iş tapılan rayonları - SİYAHI » AzadMedia.az


Bakıda 70 mindən çox iş yeri yaradılıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, il ərzində paytaxtda ümumilikdə 78 min 411 yeni iş yeri açılıb. Eyni göstərici 2024-cü ildə 68 min 965 olub.

Rayonlar üzrə ən çox yeni iş yeri Nərimanov rayonunda qeydə alınıb. Bir il ərzində burada açılan iş yerlərinin ümumi sayı 14 708 olub. Onu Nəsimi (12 847), Xətai (10 897) və Yasamal (9 851) rayonları izləyir. Ən az göstərici isə Pirallahı rayonunda (30) qeydə alınıb.

Digər rayonlarda isə göstəricilər belədir:

Binəqədi 7 912
Səbail 8 172
Sabunçu 3 730
Nizami 4 608
Suraxanı 2 510
Xəzər 2 006
Qaradağ 1 140.

Eyni zamanda, 2025-ci ildə Bakıda 11 min 155 yeni müəssisə və təşkilat yaradılıb.

Bu göstərici üzrə lider Xətai rayonu (1 973) olub. Sonrakı yerlərdə Yasamal (1 785), Nərimanov (1 519) və Nəsimi (1 380) qərarlaşıb. Ən az yeni müəssisə isə yenə Pirallahı rayonunda (70) qeydə alınıb.
Seçilən
13
7
azadmedia.az

10Mənbələr