AZ

Almaniyanın lideri olmaq istəyən Kay Haverts: Bu, mundialda mənə özünəinam verəcək

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Londonun "Arsenal"ının hücumçusu Kay Haverts yaxın gələcək üçün ambisiyalarını bölüşüb.

Fanat.Az xəbər verir ki, alman futbolçu özünü milli komandanın liderlərindən biri kimi görür.

"FotMob" onun fikirlərini belə təqdim edib: "Diz zədəsi səbəbindən cari mövsümün ilk altı ayını buraxdım. Lakin indi klub üçün əlimdən gələni etməyə hazıram. "Arsenal" üç yarışda mübarizəni davam etdirdiyi üçün oyun sayı kifayət qədərdir. Komandanın uğurlu çıxışı mənə dünya çempionatının startında lazım olan özünəinamı verəcək. Bu baxımdan milliyə faydalı olacağıma inanıram. Mövsümün qalan vaxtı formamı tam bərpa etməyə və mundiala optimal vəziyyətdə getməyə imkan verəcək".

Statistikaya əsasən, hücumçu artıq bütün yarışlarda 14 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
fanat.az

2Mənbələr