AZ

Ən zərərli ev əşyası açıqlandı: Hər evdə var, kif yuvasıdır

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Evlərdə ən çox istifadə olunan əşyalar sırasında yer alan xalça, kilim və ayaqaltılarla bağlı narahatlıq doğuran nəticə açıqlanıb. Araşdırmalar göstərir ki, bu səthlər vaxtında və düzgün təmizlənmədikdə kif, göbələk və allergenlərin toplandığı gizli mənbəyə çevrilir.Demokrat.az bildirir ki, gündəlik istifadə zamanı ayaqqabılarla daşınan rütubət, toz və bakteriyalar məhz bu səthlərdə yığılır. Üstəlik, bir çox halda təmizlik zamanı bu detala yetərincə diqqət ayrılmır. Nəticədə gözlə görünməyən, amma sağlamlığa təsiri olan çirklənmə formalaşır.Məlumatlar göstərir ki, istifadəçilərin əhəmiyyətli hissəsi xalça və kilimləri ay ərzində heç olmasa bir dəfə belə yumur. Bəzi hallarda bu müddət daha da uzanır. Bu isə ev daxilində havanın keyfiyyətinə mənfi təsir göstərir.Xüsusilə soyuq mövsümdə risk artır. İstilik sistemlərinin işləməsi, yaş ayaqqabılar, palçıq və zəif havalandırma rütubətin yığılmasına səbəb olur. Bu da kif və göbələyin inkişafı üçün uyğun şərait yaradır. Ən təhlükəlisi isə prosesin çox vaxt səthin daxilində, gözə görünmədən baş verməsidir.Kiflə təmasın tənəffüs yollarında qıcıqlanma yaratdığı, allergik reaksiyaları gücləndirdiyi bildirilir. Uşaqlar, yaşlılar və həssas orqanizmə malik şəxslər üçün risk daha yüksək qiymətləndirilir.Problemin qarşısını almaq çətin deyil. Xalça və ayaqaltıların mütəmadi təmizlənməsi, yuyulduqdan sonra tam qurudulması əsas şərt sayılır. Ən çox istifadə olunan sahələrdə tətbiq edilən sadə gigiyena qaydaları belə evdə ümumi hava keyfiyyətinə ciddi təsir göstərir.Tövsiyələrə gəldikdə isə, xalçanı süpürməzdən əvvəl mümkün olduqda açıq havada çırpmaq, həftədə ən azı bir dəfə tozsoranla təmizləmək, ayda azı bir dəfə 40 dərəcə və daha yüksək temperaturda yumaq, ləkələrə vaxtında müdaxilə etmək və tam quruduğuna əmin olmaq vacib sayılır.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
demokrat.az

1Mənbələr