AZ

Azərbaycanda kişi ona yemək verməyən arvadını odunla döydü

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Astara rayonunda sərxoş ər arvadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1996-cı il təvəllüdlü Elmir birgə yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı həyat yoldaşı Xanımın (adlar şərtidir – red.) sağ göz nahiyəsinə yumruqla qəsdən bir dəfə, odun parçası ilə sol baldır nahiyəsinə bir neçə dəfə vurub. Elmirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Elmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xanımla birgə nikahlarından dörd övladları var:“Məlum hadisə günü axşam saatlarında kənd ərazisində yerləşən kafedə bir qədər spirtli içki qəbul etdim. Saat 20 radələrində yaşadığım evinə gəldim. Evə daxil olarkən arvadım mənim sərxoş vəziyyətdə olduğumu bildi. Ona iradımı bildirdim. Az sonra Xanımdan yemək verməyini istədim. O, “sən harada olmusan, get orada da yemək versinlər sənə” deyə bildirdi. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı arvadım səsini yüksəltdi. Buna görə əsəbiləşdim, evdə olan odun sobasının yanındakı odun parçalarından birini əlimə götürdüm. Bunu görən arvadım evin həyətinə qaçdı. Xanımın  arxasıyca gedərək əvvəl yumruqla onun sağ göz nahiyəsinə, daha sonra odun parçası ilə baldır nahiyəsinə bir neçə dəfə vurdum”. Təqsirləndirilən şəxs qeyd edib ki, nəticədə Xanım bədən xəsarətləri alıb: “Daha sonra həyətdən evə qayıtdım. Təxminən yarım saatdan sonra yatdım. Spirtli içkinin təsirində olduğumdan əsəbiləşdim. Xanımı döymüşəm, törətdiyim əmələ peşman olmuşam”.Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
demokrat.az

1Mənbələr