AZ

“İran bu ölkənin dəstəyi ilə müharibədə təşəbbüsü qismən ələ alıb”

“İran Çinin dəstəyi ilə müharibədə təşəbbüsü qismən ələ alıb”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildiirb. Ekspert qeyd edib ki, İran müharibəni daha bir müddət davam etdirməyə hazır görünür:

“Proseslərin təhlili göstərir ki, İran hücumların ilk gününün yaratdığı çaşqınlıqdan qurtulub, müəyyən manevrlər, həmlələr, hücumlar ortaya qoyur. İran rəsmilərinin verdiyi açıqlamalar, eləcə də, İranın İsrailə, regiondakı ABŞ bazalarına endirdiyi zərbələr onu deməyə əsas verir ki, İran hələ bir müddət hərbi əməliyyatları davam etdirmək iqtidarındadır. Yəni ABŞ-İsrail koalisiyası hücumları davam etdirəcəyi təqdirdə, İran bəlli bir müddət üçün müavimət göstərməyi, əks-zərbələr endirməyi bacaracaq”.

Seymur ƏLİYEV

 

Seçilən
18
1
moderator.az

2Mənbələr