AZ

İranla müharibənin uzanması ABŞ da İsraillə bağlı narazılığı artırmaqdadır

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranla müharibənin uzanması ABŞ-da İsraillə bağlı narazılığın artması ilə müşahidə olunub.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, amerikalıların bir qismi hesab edir ki, İranla müharibənin əsas təşəbbüskarı İsrail olub və Ağ Ev məhz İsrailə “yox” deyə bilmədiyi üçün müharibəyə başlayıb. Bu səbəbdən də “ABŞ xarici siyasətini İsrail müəyyən edir” sualı son vaxtlar Amerika cəmiyyətində ciddi müzakirələrə səbəb olmaqdadır. Amerikalıların bir qismi hesab edir ki, ABŞ xarici siyasətinin İsrailin tələbləri əsasında müəyyən edilməsi rəsmi Vaşinqtonun zəifliyinə dəlalət edir və bu siyasət dərhal dəyişilməlidir.

Qeyd edək ki, ABŞ-ın məhz İsrailin təhriki ilə İranla müharibəyə başlaması ilə bağlı iddilara xarici media orqanlarında da rast gəlinməkdədir.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
moderator.az

2Mənbələr