AZ

ABŞ müharibənin ilk 5 günündə onları itirdi: hərəkətə keçməliyik! Kubilyus

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ İrandakı müharibənin ilk 5 günündə “Patriot” raketlərinin illik istehsal həcmini aşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Avropa Komissiyasının müdafiə və kosmos üzrə komissarı Andryus Kubilyus müasir hərbi qarşıdurmalar fonunda hava hücumundan müdafiə sistemlərinin ciddi çatışmazlığına diqqət çəkib.

Onun sözlərinə görə, döyüş əməliyyatlarının intensivliyi Qərbin istehsal imkanlarını xeyli üstələyir: Fars körfəzindəki 5 günlük konflikt ərzində ABŞ və müttəfiqləri 800 “Patriot” raketi istifadə ediblər.

“Bu göstərici ABŞ-ın illik istehsal həcmi olan 750 raketi aşır. Kubilyus vurğulayıb ki, bu hesablamalar Avropanın müdafiə potensialını kəskin artırmaq və mövcud silah ehtiyatlarını yenidən nəzərdən keçirmək zərurətini açıq şəkildə göstərir”, – “Politico” qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
globalinfo.az

1Mənbələr