AZ

Əlilliyi olan 2500 nəfər robotik reabilitasiya xidmətlərinə cəlb olunub

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 26 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində son illər tətbiqinə başlanan yeni xidmətlərdən biri də robotik terapiya xidmətidir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən dövrdə həmin mərkəzlərdə əlilliyi olan 2500 şəxs robotik reabilitasiya xidmətlərinə cəlb olunub.

Robot reabilitasiya xidməti dayaq-hərəkət və sinir sisteminin sağlamlıq vəziyyətinin diaqnozu və müalicəsində tətbiq olunur. Həmin terapiya əlilliyi olanların intensiv və hərtərəfli neyroreabilitasiyasına, onlarda sinir sisteminin bərpasına, mümkün olan funksionallığı bərpa etməyə kömək edir.

İnsult, travmatik beyin və onurğa beyni zədələnmələri, parkinson, şaxəli skreloz, serebral iflic və digər diaqnozlu əlilliyi olan şəxslərin sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında da həmin üsul tətbiq olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
5
azertag.az

6Mənbələr