AZ

Gürcüstanda yanacağın qiymətləri son iki həftədə artıb

Gürcüstanda yanacağın qiyməti yenidən artım trendinə keçib.

Bakıvaxtı.az xəbər verir ki, son iki həftə ərzində müxtəlif yanacaqdoldurma məntəqələrində qiymətlər 5–50 tetri aralığında artıb.

Ekspertlər artımı qlobal bazarlardakı proseslərlə əlaqələndirir. Xüsusilə Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazı üzərindən gəmiçiliyin məhdudlaşması dünya neft tədarükünə ciddi təsir göstərib. Qeyd olunur ki, qlobal neft daşımalarının təxminən beşdə biri məhz bu marşrut üzərindən həyata keçirilir.

Beynəlxalq bazarlardakı bahalaşma Gürcüstan bazarında da özünü göstərib. Aparıcı yanacaq şirkətlərində – "Wissol", "Rompetrol" və digər şəbəkələrdə benzin və dizel məhsulları üzrə qiymətlər nəzərəçarpacaq dərəcədə artıb.

Hazırda bəzi premium benzin növlərinin qiyməti 3,80 Gürcüstan larisini keçib, dizel yanacağı isə bəzi hallarda 3,70 lari səviyyəsinə yaxınlaşıb. Ən yüksək artım isə bəzi şəbəkələrdə 50 tetriyə qədər qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, mövcud geosiyasi vəziyyət davam edərsə, yaxın dövrdə yanacaq qiymətlərində əlavə artımlar da istisna olunmur.

Seçilən
16
3
bakivaxti.az

4Mənbələr