AZ

Tankerə hücumda pilotsuz katerdən istifadə olunub Nəqliyyat naziri

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Qara dənizdə türk tankerinə edilən dron hücumunu şərh edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, ilkin məlumata görə Rusiya neftini daşıyan gəmiyə hücum zamanı pilotsuz katerdən istifadə olunub.

Avtosfer.az xəbər verir ki, xarici bayraqlı tankerin operatorunun Türkiyə şirkəti olduğunu qeyd edən nazir, texniki mütəxəssislərin artıq hadisə yerinə göndərildiyini ifadə edib.

Uraloğlunun sözlərinə görə, zərbəni pilotsuz uçuş aparatı deyil, pilotsuz kater edib, lakin dəqiq məlumat araşdırma nəticələrinə əsasən məlum olacaq.

Bosfor sahillərindən 15 mil uzaqlıqda 140 min ton neft daşıyan “Altura” adl tankerdə partlayışın bu gecə baş verdiyi bilidirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
avtosfer.az

3Mənbələr