AZ

Deputat: ““Uşağı vurmaq olmaz” kimi ifadələr maarifin və təhsilin “başına daş salıb””

“Uşaqlara çox sərbəstlik verilir. “Demokratiya”, “uşağın haqqını tapdalamaq olmaz”, “uşağı vurmaq olmaz” kimi ifadələr maarifin və təhsilin “başına daş salıb””.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səyyad Aran RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişində deyib.

O, bu məsələdə fəaliyyəti bir müddət əvvəl dayandırılan “ANS” telekanalını da qınayıb: “Bir kişi müəllimi uşağa şapalaq vurduğuna görə “ANS” onun üstünə düşdü, cəmiyyət də o adamı qınadı. Müəllimi televiziyada üzr istətdilər. Müəllimi üzr istəyən millətin təhsilinin xoş mənada gələcəyinin kökü, sambalı olmaz. Sən niyə onu üzr istətdirirsən? İndi bir şapalaqdı vurub uşağa… Siz bilirsiniz, məktəblərdə nələr olur?! Hamı döyülüb, çünki hamının səhvi olub”.

Seçilən
16
2
nocomment.az

3Mənbələr