Danışıqlar effekt verməyəcəyi təqdirdə, ABŞ İrana son zərbə endirəcək.
“Yeni Sabah” xəbər verir ki, bunu “Axios”a adı açıqlanmayan Birləşmiş Ştatlar rəsmiləri bildirib.
Məlumata görə, buna İranın Xarq, Əbu Musa adalarının tutulması və quru əməliyyatlarının başlaması da daxildir.
Bundan başqa, İranın neft tankerləri ələ keçirilə və nüvə, enerji təsisatlarına zərbələr endirilə bilər.
Qeyd edilib ki, qüvvələr hazır vəziyyətdədir, lakin hələlik bununla bağlı qərar verilməyib.
Telegram kanalımız