AZ

"X" sosial şəbəkəsində qlobal fasilə yaranıb

Qlobal miqyasda məşhur olan "X" sosial şəbəkəsinin fəaliyyətində kütləvi nasazlıqlar yaranıb. Dünyanın dörd bir yanından olan istifadəçilər platformanın işində yaranan çətinliklərlə bağlı şikayətlər ediblər.

News365.az xəbər verir ki, mövcud problemlər internet resurslarının işini izləyən "Downdetector" portalının rəsmi statistikasında da öz əksini tapıb.

Portal təkcə ABŞ ərazisindən "X" platformasındakı nasazlıqla əlaqədar 23 mindən artıq müraciət qeydə alıb. Bununla yanaşı, Böyük Britaniyadan 11 mindən çox, Kanadadan isə 4 minə yaxın şikayət daxil olub.

Həmçinin Almaniya, Fransa, İspaniya, Yeni Zelandiya, Avstraliya, İndoneziya və bir sıra digər dövlətlərdən olan istifadəçilər də sosial şəbəkənin işindəki problemlər barədə xəbər veriblər.

Seçilən
26
2
news365.az

3Mənbələr