AZ

Latviya Rusiyaya nota verdi

Latviya Xarici İşlər Nazirliyi (XİN) pilotsuz uçuş aparatının (PUA, dron) ölkənin hava məkanına daxil olması ilə bağlı Rusiyanın Latviyadakı müvəqqəti işlər vəkilinə etirazını ifadə edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.

"Rusiya səfirliyinin səlahiyyətli katibi XİN-ə çağırılıb və ona dronun Latviya hava məkanına daxil olması ilə bağlı qəti etiraz bildirilib və nota təqdim edilib", - deyə məlumatda qeyd olunub.

"Cebheinfo.az"

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr