Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, A, B, C və D yolunda ümumilikdə səkkiz oyun keçiriləcək.
Türkiyə millisi İstanbulda Rumıniya seçməsi ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
A yolu
23:45. İtaliya - Şimali İrlandiya
23.45. Uels - Bosniya və Herseqovina
B yolu
23:45. Ukrayna - İsveç
24:45. Polşa - Albaniya
C yolu
21:00. Türkiyə - Rumıniya
23:45. Slovakiya - Kosovo
D yolu
23:45. Danimarka - Şimali Makedoniya
23:45. Çexiya - İrlandiya
Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.