Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Qara dənizdə Türkiyəyə məxsus neft tankerinə edilən hücuma reaksiya bildirib.
Day.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
"Rusiyada xam neft yükləmiş, xarici bayraq altında üzən bir gəminin operatorlarının türk olduğunu bilirik. Gəminin motorxanasında partlayış baş verib. Onun pilotsuz dəniz aparatı (PDA) ilə vurulduğunu ehtimal edirik. Texniki heyətlərimiz hadisə yerinə göndərilib", - məlumatda qeyd olunub.