AZ

Əziz Yıldırım “Fənərbaxça” rəhbərliyinə qayıdır? - AÇIQLAMA

Türkiyənin “Fənərbaxça” klubunda 2025-2026-cı futbol çempionatı sezonunun sonunda növbədənkənar prezident seçkiləri keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, bunu klubun rəhbəri Sadettin Saran bildirib.  

Onun sözlərinə görə, sezon bitən kimi klubun növbədənkənar toplantısı olacaq.

Sadettin Saranın bu açıqlamasından sonra əsas suallardan biri “Fənərbaxça”nın keçmiş prezidenti Əziz Yıldırımın yenidən namizəd olub-olmayacağı idi. O, məsələ ilə bağlı açıqlama yayaraq namizədliyini irəli sürməyəcəyini bildirib.

“Fənərbaxça” prezidentliyinə namizəd olmayacağam. Amma bu o demək deyil ki, “Fənərbaxça”dan uzaqlaşıram. Klubla prezidentliyim dövründən daha artıq maraqlanacağam, dəstək verəcəyəm. Hətta bir layihəm də var”, - Əziz Yıldırım söyləyib.

Qeyd edək ki, Ə.Yıldırım 1998-2018-ci illərdə “Fənərbaxça”nın prezidenti olub.


Telegram kanalımız
Seçilən
44
1
yenisabah.az

2Mənbələr