AZ

Bu universitetin məzunları əsasən marketlərdə işləyirlər – Rəsmi


2023-cü ildə ölkənin aparıcı təhsil ocaqlarından biri olan Azərbaycan Texniki Universitetindən 1 569 nəfər məzun olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Dövlət Məşğulluq Agentliyinin açıqladığı “Məzunların məşğulluq reytinqi”ndə yer alıb.
Bildirilir ki, Texniki Universitetin məzunlarının 69,7%-i, yəni 1 093 nəfəri işlə təmin olunub. Muzdla (əməkhaqqı ilə) işləyən Texniki Universitet məzunlarının 15,8%-ni qadınlar, 84,2%-ni isə kişilər təşkil edib.
2023-cü ildə işlə təmin olunan məzunların 563 nəfərinin, yəni 51,5%-nin əməkhaqqı 400 manatdan aşağı olub. 401–500 manat arasında əməkhaqqı alan məzunların sayı isə 214 nəfər (19,6%) təşkil edib. 1 400 manatdan yuxarı əməkhaqqı alan məzunların sayı isə cəmi 6 nəfər (0,5%) olub.
2023-cü ildə Texniki Universitetin məzunlarını ən çox işə götürən 10 qurum aşağıdakılar olub:
“Araz Supermarket” MMC – 37
“McDonald’s Azərbaycan” QSC – 20
“İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC – 16
“Azərbaycan Supermarket” MMC (“Bravo” market) – 14
“ABC-Telecom” MMC (“Kontakt Home”) – 12
“Avia-Aqreqat Zavodu” MMC – 11
“Code” MMC – 10
“OBA Market” MMC – 9
“ANC Group” MMC (“Rahat” market) – 9
“Amburan İK” MMC – 7

Elnur Əli
Seçilən
25
3
yeniavaz.com

4Mənbələr