ain.az bildirir, Azvision portalına istinadən.
Bu sözlər siyasi şərhçi Əkrəm Həsənova məxsusdur. O bildirib ki, iranlılar məğlub olacaqlarını bildikləri halda vuruşurlar. Rejim xadimləri qaçmır, hər an həlak ola bilmələrinə rəğmən cəsarətli çıxışlar edirlər, həlak olanların yerinə dərhal yeni rəhbərlər gəlir və nizam pozulmur. “Belə mərdliyi, kişiliyi ancaq uzaq tarixə dair kitablarda oxumuşuq. Məsələn, Babək Xilafətlə, Şeyx Şamil və Cavad xan Rusiya ilə belə vuruşurdu. Digər misal: eramızdan 480 il əvvəl 300 spartalı Fermopildə canı bahasına 3 gün yüzminlərlə fars ordusuna qarşı vuruşurdu. 73-cü ildə isə 960 yəhudi Masad qalasında aylarla romalı işğalçılara müqavimət göstərib həlak oldular. Ukrayna xalqı da hazırda Rusiyaya qarşı möhtəşəm müqavimət göstərir. Amma ukraynalıları aşkar şəkildə Qərb dəstəkləyir. İranlılar isə demək olar ki, meydanda təkdilər”,- şərhçi bildirib. Buna baxmayaraq, Əkrəm Həsənovun sözlərinə görə, rejimin əleyhdarları iranlıların qəhrəmanlığını paxıllıqdan və indiyədək dediklərinin alt-üst olması səbəbindən dilə gətirmirlər: “Halbuki, düşmənçiliyi də kişi kimi aparmaq lazımdır. Hazırda dünyada nə qədər dövlət var ki, vəzifəliləri övladları ilə birgə canı bahasına düşmənlə sonadək vuruşmağa qadirdir? Əksəriyyəti sadəcə qaçıb xaricdəki əmlakı hesabına firavan yaşamağa üstünlük verəcək! Bəli, İran rejiminin dəyərləri bizə yaddır, amma onların öz əqidəsi uğrunda sonadək vuruşması hörmətə layiqdir. Dəyərlərini bölüşməsəm də, fəxr edirəm ki, tarixin bu şanlı səhifəsini hazırda həmçinin İran azərbaycanlıları yazır. Bu dünyada ən təhlükəli insanlar əqidəsini bəyənmədiyimiz yox, əqidəsizlərdir, çünki o cümlədən Vətəni də ucuz satıb qaçarlar…”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.