AZ

Türkiyə ərəb ölkələrinin İrana qarşı hərbi kampaniyaya qoşulmasının qarşısını almağa çalışır - KİV

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı apardığı hərbi kampaniyaya Farskörfəzindəki ərəb ölkələrinin qoşulmasının qarşısını almaqməqsədilə Türkiyə intensiv diplomatik səylər göstərir.

Trend xəbər verirki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən yazır.

Mənbələr qeyd edib ki, körfəzdəki ərəb ölkələri limanları,enerji obyektlərini və hava limanlarını hədəf alan İran hücumlarıqarşısında tədricən səbrlərini itirirlər.

Bundan bir neçə gün əvvəl "Wall Street Journal" (WSJ) qəzeti də,müntəzəm ballistik raket və dron hücumlarına görə Körfəzölkələrinin İrana qarşı aparılan müharibəyə qoşulmaq niyyətindəolduğunu yazmışdı.

“Bloomberg”in yazdığına görə, Türkiyə xarici işlər naziri HakanFidanın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərəsəfərləri, eləcə də digər regional tərəfdaşlarla telefondanışıqları aparması ilə diplomatik səylərini artırıb.

Bundan əvvəl Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan müharibəninregion ölkələri arasında növbəti zəiflətmə müharibəsinəçevrilməsini istəmədiklərini bildirib.

Ankara, eyni zamanda müharibə fonunda ABŞ ilə İran arasındaaparılan diplomatik danışıqlarda da vasitəçilik edib.

Məqalədə:
Seçilən
61
1
az.trend.az

2Mənbələr