AZ

Avstraliya və Almaniya kosmik müdafiə sahəsində əməkdaşlığı gücləndirir

Avstraliya və Almaniya təhdidlər üçün erkən xəbərdarlıq sisteminin inkişafını əhatə edəcək kosmik müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaqlar.

"Far.Az"un ABC-yə istinadən verdiyi məlumata görə, sənədin Almaniyanın müdafiə naziri Boris Pistoriusun Avstraliyaya səfəri zamanı imzalanması planlaşdırılır.

Telekanalın məlumatına görə, tərəflər həmçinin iki ölkənin hərbi qulluqçularının bir-birinin ərazilərində fəaliyyətini sadələşdirəcək qüvvələrin statusu haqqında saziş bağlamaq niyyətindədirlər. Qeyd olunur ki, kosmik müdafiə sahəsindəki razılaşma Kanberra və Berlinə Rusiya və Çindən gələn təhdidləri müəyyən etmək üçün kosmosda erkən xəbərdarlıq sistemlərini birgə inkişaf etdirməyə imkan verəcək.

"Orada nə baş verdiyini anlamalıyıq. Öz sistemlərimizi qorumağın yeganə yolu budur", - Pistorius bildirib.

Seçilən
33
far.az

1Mənbələr