AZ

“Tasnim”: Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər

İrana qarşı quru əməliyyatı başlayarsa, Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb.

“Bab əl-Məndəb Süveyş kanalına gedən gəmilərin əhəmiyyətli bir hissəsini idarə edən vacib dəniz dəhlizidir. Boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Yəmən ilə Eritreya arasında uzanır”, - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ-nin İranın Xark adasını ələ keçirmək üçün quru əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb.

Seçilən
29
7
xezerxeber.az

8Mənbələr