AZ

“Hizbullah” İsrail Müdafiə Nazirliyinin binasına raket zərbələri endirdi

“Hizbullah” hərəkatının döyüşçüləri İsrailin paytaxtı Təl-Əvivdə yerləşən “Kirya” Müdafiə Nazirliyi kompleksinin binalarına zərbələr endirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat martın 26-da hərəkatın mətbuat xidməti tərəfindən yayılıb.

Məlumata görə, “Hizbullah” Müdafiə Nazirliyinin qərargahı ilə yanaşı, Təl-Əvivdən şimalda yerləşən hərbi bazaya da hücum təşkil edib.

Hərəkatın rəsmi bəyanatında deyilir:

“İsrail Müdafiə Nazirliyinin qərargahı və Təl-Əvivin şimalındakı Hərbi Kəşfiyyat İdarəsinin “Delfin” bazası müasir raketlərlə hədəfə alınıb”.

Hərəkat rəsmiləri bu əməliyyatın İsrail tərəfindən həyata keçirilən “davamlı atəşlərə və mülki əhalinin köçürülməsinə” cavab olduğunu bildiriblər.

Xatırladaq ki, bundan əvvəl, martın 16-da İsrail Müdafiə Ordusunun (İDF) Beyrutda “Hizbullah”ın infrastrukturuna zərbələr endirdiyi barədə məlumat verilib.

Musavat.com

Seçilən
6
50
musavat.com

10Mənbələr