AZ

Tramp ABŞ-də silah istehsalının sürətləndirilməsini tapşırıb

BAKI, 26 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkədə silah istehsalının sürətləndirilməsi ilə bağlı göstəriş verib.

Teleqraf xəbər verir ki, o, bu barədə Respublikaçılar Partiyasının Nümayəndələr Palatasına seçkilər üzrə komitəsinin təşkil etdiyi illik ianə tədbirində çıxışı zamanı danışıb.

Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını şərh edərkən ölkəsinin “ən yaxşı silahlara” malik olduğunu iddia edib.

“Diqqət yetirmisinizsə, mən dedim ki, silahlar daha sürətli və daha böyük həcmdə istehsal olunmalıdır. Çünki biz istəyirik ki, bütün bunlar ABŞ-də istehsal edilsin”, - deyə o bildirib.

Məlumata görə, ayın əvvəlində Vaşinqton administrasiyası aparıcı silah istehsalçıları ilə istehsal həcmlərinin artırılması barədə razılığa gəlib. Bu şirkətlər arasında BAE Systems, Boeing, Honeywell Aerospace, L3Harris Missile Solutions, Lockheed Martin, Northrop Grumman və Raytheon yer alır.

Seçilən
74
teleqraf.com

1Mənbələr