AZ

Zelenski: Rusiya Ukraynanın su təchizatı sistemlərinə qarşı əməliyyat hazırlayır

BAKI, 26 mart. TELEQRAF

Ukrayna prezidenti Volodymyr Zelenskyy Rusiyanın ölkənin su təchizatı sistemlərinə qarşı əməliyyat hazırladığını iddia edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Telegram" kanalında paylaşım edib.

“Biz həmçinin bilirik ki, ruslar yaxın aylarda su təchizatı sistemlərinə qarşı əməliyyat hazırlayır”, - deyə Zelenski qeyd edib.

Məlumata görə, o, bu iddiası ilə bağlı əlavə detalları açıqlamayıb.

Qeyd edək ki, Zelenski daha əvvəl Rusiyanın yeni münaqişələrə hazırlaşdığını da bildirmişdi.

Seçilən
50
3
teleqraf.com

4Mənbələr