AZ

Vaşinqtona güvənsizliyin PƏRDƏARXASI: ABŞ-nin bu siyasəti ölkələri riskə atır

“2022-ci ildə Rusiya Ukraynaya təcavüzə başlayanda Avropa passiv mövqe sərgiləmişdi. Həmin dövrdə Bayden administrasiyası Avropa ölkələrini Ukraynanı müdafiə etməyə cəlb etdi. Donald Trampın hakimiyyətə qayıdışı isə vəziyyəti yenidən dəyişib”.

NOCOMMENT.az xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov

O bildirib ki, ABŞ-nin Prezidenti Donald Tramp Ukraynanı dəstəkləməkdən imtina edərək Avropanı Rusiya ilə faktiki olaraq tək qoydu:

“İndi isə o, həm Avropanı, həm də müsəlman ölkələrini İrana qarşı müharibəyə qoşulmağa təhrik edir. Lakin onların hamısı anlayır ki, Trampdan sonra hakimiyyətə gələcək yeni administrasiya onları İran qarşısında yenidən tək buraxa bilər”.

Əkrəm Həsənovun sözlərinə görə, məhz bu səbəbdən heç bir ölkə ABŞ-nin bugünkü dəyişkən siyasi xəttinə güvənmək istəmir:

“Cari siyasi simanı görən dövlətlər ehtiyat edir və müharibə riskinə girməkdən çəkinirlər”.

Tunar
NOCOMMENT.az

Seçilən
39
nocomment.az

1Mənbələr