AZ

Melaniya Tramp Ağ Evdəki sammitə süni intellekt robotu ilə birlikdə qatılıb VİDEO

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin birinci xanımı Melaniya Tramp "Gələcəyi birlikdə qurmaq" adlı qlobal koalisiya sammitində iştirak etmək üçün Ağ Evə humanoid robotun müşayiəti ilə gedib.

Oxu.Az bu barədə "The Independent" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, M.Tramp "Figure Three" adlı insanabənzər robotla birlikdə qırmızı xalı üzərindən keçib.

Robot zala tərəf dönərək, "Məni Ağ Evə dəvət etdiyinə görə birinci xanım Melaniya Trampa təşəkkür edirəm" deyə bildirib.

Qeyd edək ki, ötən il M.Tramp tələbə və müəllimləri müxtəlif problemlərin həllində süni intellektdən istifadə etməyə təşviq etmək məqsədilə milli süni intellekt müsabiqəsinə start verib.

Müsabiqə ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmış və amerikalı gənclər arasında süni intellekt sahəsində təhsilin inkişafına yönəlmiş sərəncama uyğun olaraq elan edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
oxu.az

1Mənbələr