AZ

Yanğınsöndürəndən xəbərdarlıq: Evində airfryer olanlar diqqətli olsun

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mətbəxlərdə sürətlə yayılan hava fritözləri sağlam və sürətli yemək hazırlama imkanı təqdim etsə də, xətalı istifadə zamanı böyük təhlükə yaradır.

Milli.Az xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən yanğınsöndürən Riçard But son 10 ayda hava fritözlərindən qaynaqlanan 9 fərqli yanğın hadisəsinə müdaxilə etdiklərini bildirib. Araşdırmalar nəticəsində məlum olub ki, yanğınların böyük hissəsi istifadəçi səhvlərindən qaynaqlanır.

İstifadəçilərin tez-tez etdiyi bəzi səhvlər yanğın riskini kəskin şəkildə artırır:

Cihazın mətbəx şkaflarının altında (qapalı və dar yerdə) işlədilməsi.

Cihazın plitənin üzərinə qoyulması və ehtiyatsızlıqdan aktiv hala gəlməsi.

Havalandırma dəliklərinin yağ və çirklə tıxanması.

Müntəzəm təmizlik işlərinin aparılmaması.

Cihazın içində qablaşdırma və ya yad maddələrin unudulması.

Mütəxəssislərin fikrincə, bu cür xətalar qısa müddətdə həddindən artıq isinməyə və alovlanmaya səbəb ola bilir. Xüsusilə kiçik və qapalı mətbəx sahələrində bu risk daha da böyükdür.

Təhlükəsiz istifadə üçün qızıl qaydalar

Cihazı açıq və havalı yerdə istifadə edin: Hava dövranı üçün ətrafında boşluq buraxın.

Şkaf altlarından uzaq tutun: İsti hava yuxarı qalxdığı üçün şkafların alt hissəsini zədələyə və ya yanğına səbəb ola bilər.

Kabel və fişləri mütəmadi yoxlayın: Zədələnmiş kabellər qısaqapanma yarada bilər.

Havalandırma dəliklərini təmiz saxlayın: Cihazın nəfəs almasına mane olmayın.

Cihazı həddindən artıq doldurmayın: Tutumundan artıq yemək qoymaq isinmə balansını pozur.

İşiniz bitdikdən sonra elektrikdən ayırın: Cərəyandan ayrılmış cihaz hər zaman daha təhlükəsizdir.

Riçard But hava fritözlərində yağlı kağızın istifadəsinə də diqqət çəkərək, bu vərdişin riskli ola biləcəyini qeyd edib. Yanlış aksesuar istifadəsi və cihazın həddindən artıq doldurulması daxildə alovun yaranmasına səbəb ola bilər. Ekspertlər xatırladır ki, hava fritözləri düzgün istifadə edildikdə təhlükəsiz və qənaətcil cihazlardır, lakin laqeydlik ağır nəticələrə yol aça bilər.Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
news.milli.az

10Mənbələr