AZ

Trampın Çin səfərinin vaxtı açıqlandı

ABŞ prezidenti Donald Trampın Çinə səfərinin tarixi açıqlanıb.

Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt Trampın bu ilin 14-15 may tarixində Pekində rəsmi səfərdə olacağını bəyan edib.

Səfər çərçivəsində ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcək.

Livitt əlavə edib ki, Çin Xalq Respublikasının Sədrinin ABŞ-yə cavab səfəri 2026-cı ilin sonlarında gözlənilir.

Qeyd edək ki, bu ilin fevralında Trampla Si Cinpin arasında telefon danışığı baş tutub.

Seçilən
18
3
missiya.az

2Mənbələr