AZ

“Deyir ki, sizə göz verib işıq verməyəcəyəm” – Bibi və qardaşı qızı arasında ev davası – VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən paytaxtın Suraxanı rayonu, Əmi Məmmədov küçəsinin sakini bildirir ki, atasına məxsus həyət evindən bibisi tərəfindən çıxarılıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı məhkəməyə müraciət edilib və həmin evdən qadına pay verilməsi müəyyən olunub. Lakin bibisi bu qərardan apellyasiya şikayəti verib və mübahisə hələ də davam edir.

“Artıq səkkiz-doqquz ildir kirayədə yaşayırıq. Öz evimiz ola-ola başqa yerdə qalırıq. Evi kirayəyə veriblər, biz isə kirayələrdə qalırıq. Qardaşım qəbiristanlıqda işləyir, qəbir qazır. Körpə uşağım var, gələcəyin əsgərini böyüdürəm. Deyir ki, sizə evdən heç nə verməyəcəyəm. Hətta məhkəmə sizin xeyrinizə qərar versə belə, yenə də verməyəcəyəm. Deyir ki, sizə göz verib işıq verməyəcəyəm. Məhkəmə qərar verdi ki, ev yarı bölünməlidir. Amma o razılaşmır. Hazırda küçədə qalmışıq”, – deyə şikayətçi bildirib.

Qonşunun sözlərinə görə, ailə uzun müddətdir çətin şəraitdə yaşayır.

“Bunların heç kimi yoxdur, valideynləri vəfat edib. Anaları dünyasını dəyişəndən sonra bibi onları aldadaraq evdən çıxarıb, guya təmir etdirəcəyini deyib. Uşaqlar evdən çıxandan sonra evi təmir edib kirayəyə verib. Yetim uşaqlar qəbiristanlıqda işləyir, ayda 200-250 manat kirayə ödəyirlər. Çox çətin vəziyyətdədirlər. Halbuki bu, onların atasından qalan mülkdür. Bibinin isə üçmərtəbəli villası var”, – deyə qonşu əlavə edib.

Seçilən
25
1
nocomment.az

2Mənbələr