AZ

Memorial Hospitaldan şikayət- 200 manat vermişəm amma...

Bakıda fəaliyyət göstərən özəl xəstəxanalardan biri ilə bağlı konkret şikayət ictimailəşib. AzPost sosial şəbəkə paylaşımına istinadla xəbər verir ki, vətəndaş İlahə Əliyeva Memorial Hospitalda verdiyi qan analizinin nəticələrinin vaxtında təqdim olunmadığını bildirib.

Pasiyentin sözlərinə görə, o, analiz üçün 200 manat ödəniş edib və xəstəxana əməkdaşları nəticələrin ertəsi gün – yəni 6-cı gün elektron poçtla göndəriləcəyini deyiblər. Lakin həftənin ilk iş günü əlaqə saxladıqda ona nəticələrin hazır olmadığı bildirilib və gecikmənin səbəbi izah olunmayıb.

Şikayətçi qeyd edir ki, bir neçə saat sonra yenidən əlaqə saxlayaraq şikayət edəcəyini bildirdikdən sonra, yalnız bundan sonra analiz cavabları göndərilib. O vurğulayıb ki, əgər nəticələr hazır idisə, onların əvvəlcədən təqdim edilməməsi və pasiyentin gözlədirilməsi qəbuledilməzdir.

İlahə Əliyeva bildirib ki, vətəndaşlar ödəniş etdikləri tibbi xidmətin vaxtında və düzgün şəkildə göstərilməsini tələb etmək hüququna malikdirlər və bu kimi hallarla bağlı müvafiq tədbirlərin görülməsini istəyir.

AzPost.az

Seçilən
15
1
azpost.info

2Mənbələr