AZ

Psixoloqlara görə, yalançını ifşa etməyin yeganə real yolu

Araşdırmalar göstərir ki, insanların yalanı aşkar etmə uğuru cəmi 54%-dir; bu isə təxminən bəxtəbəxt qərar vermək kimidir. Ekspertlər bildirirlər ki, göz təması aldatma üçün zəif göstəricidir, əsl ipucu isə hekayədəki detal çatışmazlığında gizlənir.

Milli.Az xəbər verir ki, bir çox mədəniyyətdə gözü qaçırmağın yalan əlaməti olduğuna inanılır. Lakin psixoloqlar bunun səhv strategiya olduğunu deyirlər. İnsanlar həm həqiqi, həm də saxta xatirələri yada salarkən gözlərini qaçıra bilərlər. Üstəlik, peşəkar yalançılar insanların göz təmasına önəm verdiyini bildikləri üçün qəsdən gözünüzün içinə baxaraq sizi inandıra bilərlər.

Yalanı aşkar etməyimizi çətinləşdirən əsas amillərdən biri daxili qərəzlərimizdir:

Həqiqət qərəzi: Gündəlik həyatda, xüsusən də mehriban tapdığımız insanların bizi aldatmasını gözləmirik.

Xarici görünüş aldanışıdır: Cazibədar və ya xoş görünüşlü insanların daha dürüst olduğunu düşünməyə meyilliyik.

Gözlərə deyil, sözlərə diqqət yetirin
Yalan danışmaq beynin koqnitiv (idrak) tutumunu ciddi şəkildə zorlayır. Beyin skanları göstərir ki, yalan danışarkən beyin əvvəlcə həqiqəti düşünür, sonra onu boğur və yeni bir yalan uydurur. Bu ağır zehni yükə görə yalançılar hekayələrini adətən sadə və detalsız saxlayırlar.

2023-cü ildə Hollandiyada aparılan araşdırma tapıb ki, iştirakçılar yalnız hekayədəki "detal əskikliyinə" fokuslandıqda, yalanı tapma faizi 70%-ə qədər yüksəlir.

Ekspertlər polis müstəntiqlərinin də istifadə etdiyi bu üsulu tövsiyə edirlər:

Şübhəli şəxsdən hekayəsini daha da detallaşdırmasını istəyin. Detallar artdıqca, yalançı ziddiyyətlərə yol verməyə başlayacaq və uydurduğu ssenarini qorumaqda çətinlik çəkəcək.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
8
1
milli.az

2Mənbələr