İranın Hörmüz boğazında tətbiq etdiyi blokadanın davam etməsi halında aprel ayında Avropa ölkələrində enerji və yanacaq qıtlığı yarana bilər.
BAKU.WS-in məlumatına görə, bu barədə Shell şirkətinin baş direktoru Vael Savan beynəlxalq neft konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyətin təsirləri artıq Cənub-Şərqi və Şimal-Şərqi Asiyada hiss olunub, növbəti mərhələdə isə Avropa daha ciddi təsirlərlə üzləşə bilər.
Savan qeyd edib ki, blokada aradan qaldırılmasa, enerji bazarlarında təchizat problemləri daha da dərinləşəcək.
Qeyd edək ki, "Shell" Avropanın ən böyük neft şirkətlərindən biri hesab olunur.