AZ

“Haydar Ali”nin dayısı kim olacaq?

Azərbaycanda da maraqla izlənilən Türkiyə istehsalı mafiya serialı "Yeraltı" heyətini gücləndirməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, serialdakı dayı rolu üçün məşhur aktyorlarla danışıqlar aparıldığı bildirilir.

Deniz Can Aktaşın canlandırdığı Haydar Ali Aslan obrazının dayısı roluna daha əvvəl “Polad Alemdar” kimi tanınan Necati Şaşmazın gələcəyi deyilirdi. Lakin sonradan bu ehtimal zəifləyib.

İndi isə serialın gedişatını dəyişəcəyi deyilən, “Haydar Ali”ni yetişdirən dayı obrazı üçün Olgun Şimşek və Ercan Kesalın adı hallanır. Digər sürpriz namizəd isə Haluk Bilginerdir.

O.Şimşek daha çox “Eşkiya dünyaya hükümdar olmaz” serialındakı “Kimsesiz Yaşar”, E.Kesal “Çukur”dakı “İdris Koçovalı” obrazı ilə tanınıb. H.Bilginer isə uzun illərdir həm Türkiyə, həm də xarici layihələrdə rol alır. O, xüsusilə “Ezel” və “Şahsiyyet” serialları ilə böyük populyarlıq qazanıb və sonuncu serialdakı roluna görə “Emmy” mükafatına layiq görülüb.

Hələlik adı çəkilən aktyorların heç biri “Yeraltı” ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ilk bölümdən etibarən populyarlaşan serialda Uraz Kaygılaroğlu (Bozo), Devrim Özkan (Ceylan), Mehmet Yılmaz Ak (Yılmaz Doğan) və Sümeyye Aydoğan (Sultan) kimi aktyorlar rol alır. Serial həftənin çərşənbə günləri NOW TV-də yayımlanır./Qafqazinfo

Seçilən
2
3
bakivaxti.az

4Mənbələr