AZ

La Liqa nəhəngləri üçün xüsusi maddə

"Tottenhem"in kapitanı Kristian Romero karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Argentinalı mərkəz müdafiəçisinin London klubu ilə müqaviləsindən "Barselona", "Real" və "Atletiko" üçün keçərli olan 60 milyon avroluq xüsusi sərbəstqalma maddəsi yer laıb. Hər üç klub bu barədə məlumatlıdır.

Qeyd edək ki, Kristian Romero "Tottenhem"ə 2021-ci ilin yayında "Atalanta"dan keçib. Argentina millisinin üzvü olan 27 yaşlı futbolçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
20
1
sportal.az

2Mənbələr