AZ

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq VİDEO

Bakı, 25 mart, AZƏRTAC

Bizi birləşdirən əsas məqam səyahətdir. Mən müxtəlif ölkələrdən çoxlu insanlarla tanış oluram. Məşhurlardan birinin dediyi kimi, səyahət insanları bir araya gətirir və insan hara getsə, orada özünə bir ev tapır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “NomadMania” klubunun illik toplantısında iştirak edən Şimali Makedoniyadan olan səyyah Yovan Svetanovski deyib.

Toplantının ona çox müsbət təsir bağışladığını deyən səyyah bildirib ki, belə tədbirlərdə daha çox iştirak etmək və yenidən Azərbaycana gəlmək istəyir.

“Sabah Qarabağa səfər edəcəyik və bunun çox maraqlı olacağını düşünürəm. Bu gün Zəfər muzeyində Azərbaycanın tarixi ilə yaxından tanış olmaq imkanı qazandım və gördüm ki, siz Qələbənizlə böyük qürur duyursunuz. Bu hadisələrin cəmi bir neçə il əvvəl baş verməsi məni xüsusilə təsirləndirdi. İndi isə Qarabağa getmək, hadisələrin baş verdiyi məkanı öz gözlərimlə görmək istəyirəm. Düşünürəm ki, bu səfər mənim üçün çox həyəcanlı və yaddaqalan olacaq”, - deyə Yovan Svetanovski əlavə edib.

 

Seçilən
14
3
azertag.az

4Mənbələr