










Şamaxı rayonunun Pirqulu–Dəmirçi istiqamətində yerləşən avtomobil yolunda 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi tərəfindən təmizlik işləri həyata keçirilir.
Aparılan işlər çərçivəsində yol kənarlarında yığılan torpaq və çınqıl qalıqları təmizlənir, hərəkət hissəsinin təhlükəsizliyi üçün zəruri tədbirlər görülür.
Eyni zamanda yolun kənar zolaqlarında süpürmə işləri aparılır, sürücülərin rahat və təhlükəsiz hərəkəti üçün şərait yaxşılaşdırılır.
Qeyd edək ki, dağlıq ərazilərdə yerləşən bu yol hissəsində hava şəraiti və relyef səbəbindən tez-tez çirklənmə və xırda sürüşmələr baş verir. Bu baxımdan mütəmadi təmizlik işlərinin görülməsi xüsusi əhəmiyyət daşıyır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta