AZ

Şəhid qardaşların atası vəfat etdi Foto

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xocavənd rayon Qaradağlı kənd sakini, 2 oğlunu şəhid verən İslam Dadaşov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 1-ci Qarabağ müharibəsi veteranı olan İslam Dadaşov yaşadığı Xocavənd rayon Qırmızı bazar qəsəbəsində dünyasını dəyişib.

Mərhum doğulduğu rayonda dəfn edilib.

Qeyd edək ki, 1992-ci ildə məcburi köçkün kimi Mingəçevirdə məskunlaşmış İ.Dadaşov və ailə üzvləri bir müddət əvvəl Xocavəndə köçmüşdü. Ötən ilin sentyabrında Prezident İlham Əliyev Qırmızı bazarda olarkən İslam Dadaşovun evində olmuş, onunla söhbət etmişdi.

İslam Dadaşovun iki oğlu - 1970-ci il təvəllüdlü Mikayıl və 1973-cü il təvəllüdlü Manaf 1992-ci ilin fevralında doğma Qaradağlı kəndinin müdafiəsi zamanı qəhrəmanlıq göstərib. Həmin döyüşdə Manaf həlak olub, Mikayıl isə əsir götürülüb, lakin taleyindən heç bir məlumat alınmayıb.

Aslan Vəliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
9
qafqazinfo.az

10Mənbələr