Bakı. Trend:
"Hizbullah" təşkilatı Qolan təpələrində İsrail kazarmalarınaraket hücumu həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə təşkilatın hərbi informasiyaxidmətindən verilən açıqlamada bildirilib.
"İslam Müqaviməti döyüşçüləri Qolan təpələrindəki Kailaadakıartilleriya alayının kazarmalarına hücum ediblər. Birbaşa zərbənəticəsində düşmən qüvvələrinə ziyan dəyib", - deyə bildirilib.
Məlumata görə, günün ikinci yarısında "Hizbullah"ın bölmələritərəfindən buraxılan dronlar Yuxarı Qalileyada yerləşən Kerem BenZimradakı İsrail hərbi logistika bazasına, eləcə də Merondakı havaəməliyyatları və elektron müharibə mərkəzinə zərbələr endirib.