ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İrana məxsus raket İsrailin ən böyük elektrik stansiyalarından birinin yaxınlığına düşüb.Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Hadera şəhərində qeydə alınıb. Bildirilir ki, sözügedən obyekt ölkənin enerji sisteminin ümumi gücünün təxminən 20–25 faizini təmin edən ən iri enerji qurğularından biridir.Raketin düşdüyü ərazidə yanğın baş verib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə partlayış anı və sonrakı tüstülənmə əks olunub.
“Israel Electric Corporation” tərəfindən verilən rəsmi məlumata görə, raket stansiyanın yaxınlığında açıq sahəyə düşüb. Hadisə nəticəsində kritik infrastruktura zərər dəyməyib, ölən və yaralanan yoxdur.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.