AZ

Xankəndini daha yaxından tanımaq istəyirik - “NomadMania”nın təsisçisi

Bakı.Trend:

Bakıya yeddi dəfə gəlmişəm. İlk səfərim 2002-ci ildə olub və ovaxtkı Bakı indiki ilə müqayisədə xeyli fərqli idi. Son beş ildəisə Qarabağ səfərləri ilə əlaqədar bura daha tez-tez gəlmişəm.

Trend xəbər verirki, bu fikirləri bu gün “NomadMania”nın təsisçisi Hari Mitsidis“NomadMania” klubunun illik toplantısı çərçivəsində jurnalistlərəaçıqlamasında deyib.

“Qarabağa üç dəfə səfər etmişəm, sabah yenidən gedəcəyəm və bu,dördüncü səfərim olacaq. İlk dəfə getdiyimiz dövrlə müqayisədə,yəni hər yerin xarabalıq vəziyyətində olduğu vaxtla, hazırdaaparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir.Sonuncu səfərimizdə Füzulidə insanların yenidən məskunlaşdırılmasıüçün çoxlu binaların inşa edildiyini gördük. Yol şəbəkəsi dədiqqətimi çəkdi”.

Hari Mitsidis bildirib ki, Qarabağda üç hava limanının tikilməsiisə olduqca qeyri-adi və unikal haldır.

“Laçında yeni hotelin olması da diqqətçəkəndir, sabah oradaqalacağıq. Bütün bunlar göstərir ki, Qarabağa böyük həcmdəinvestisiya yatırılır. Hər səfərdə yeni dəyişikliklər görməkmaraqlıdır. Sabah tezdən Bakını tərk edəcəyik. İlk olaraq Ağdamagedəcəyik, orada müəyyən vaxt keçirib görülən işlərlə tanışolacağıq. Daha sonra Şuşaya, ordan isə Xankəndiyə yollanacağıq.Naharımız Xankəndidə olacaq və günün sonunda Laçına çatacağıq.Ertəsi gün Laçını gəzəcəyik. Məncə, Laçın Azərbaycanın coğrafibaxımdan ən gözəl yerlərindən biridir.Daha sonra Zəngəzurdəhlizinin başlanması nəzərdə tutulan nöqtəyə gedəcəyik vədüşünürəm ki, ora gedən ilk xarici qrup biz olacağıq. Bu, bizimüçün çox maraqlı olacaq. Qayıdarkən isə Cəbrayılda, bəlkə dəFüzulidə dayanacağıq. Qarşıdakı iki gün üçün marşrutumuz əsasənbundan ibarətdir”.

“NomadMania”nın təsisçisinin fikrincə, bu səfər əvvəlkilərləmüqayisədə daha qısa olacaq: “İndiyədək biz həmişə iki gecəqalırdıq, amma Qarabağın özündə deyil, ətraf ərazilərdə. Uyğunyerləşmə imkanları yox idi, bəzən hərbi düşərgədə qalmalı olurduq.Bu dəfə səfər daha qısa olsa da, daha rahat keçə bilər, çünkihotellərdə qalacağıq. Marşrut baxımından bir çox yerləri görmüşük,amma Xankəndini yetərincə yaxından tanımamışıq. Ümid edirəm ki, budəfə ora daha ətraflı baxmaq imkanı olacaq. Zəngəzur dəhlizi isəbizim üçün xüsusi maraq kəsb edir və şəxsən mənim ən çox diqqətyetirdiyim məqamlardan biridir”.

Məqalədə:
Seçilən
32
4
az.trend.az

5Mənbələr