AZ

Hakan Fidan Çin və daha üç ölkədən olan həmkarları ilə regiondakı gərginliyi müzakirə edib - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinin xarici işlər naziri Van İ ilə telefonla danışıblar.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, tərəflər əsasən bölgədəki son prosesləri müzakirə edib.

Regiondakı müharibənin ən qısa zamanda başa çatdırılmasının vacibliyi vurğulanıb və bu istiqamətdə aparılan işlər qiymətləndirilib.

Kommunikasiya xətlərinin, enerji təchizatının və tədarük zəncirlərinin fasiləsiz işləməsinin mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd əş-Şibani, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani və özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə telefon danışığı aparıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, danışıqlar zamanı bölgədəki gərginlik müzakirə edilib.

Nazirlər hazırda Yaxın Şərqdə davam edən eskalasiyanın dayandırılmasına yönəlmiş diplomatik səyləri qiymətləndiriblər.

Seçilən
4
2
far.az

3Mənbələr