AZ

Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi

style='margin-bottom:10px;'>

Bundesliqa təmsilçisi “Sankt-Pauli”nin baş məşqçisi Aleksander Blessin cəzalandırılıb.

QOL.az xəbər verir ki, Almaniya Futbol Federasiyasının qərarına əsasən, o, hakim Florian Badstübneri tənqid etdiyinə görə 10 min avro cərimə olunub.

Məlumata görə, 52 yaşlı mütəxəssis "DAZN" telekanalına müsahibəsində “Frayburq”a 1:2 hesablı məğlubiyyətdən sonra hakimin qərəzsizliyini şübhə altına alacaq fikirlər səsləndirib. Belə ki, mütəxəssis komandasının 12 nəfərə qarşı mübarizə apardığını vurğulayıb.

Blessin daha sonra bu sözləri emosiyalar fonunda dediyini bildirərək peşman olduğunu açıqlasa da, qərar olduğu kimi saxlanılıb.

Seçilən
63
1
teleqraf.com

2Mənbələr