AZ

"Škoda Auto" şirkəti Çində avtomobil satışını dayandırır

Bakı. Trend:

Çexiyanın "Škoda Auto" avtomobil istehsalı şirkəti 2026-cı ilinortalarında Çində avtomobillərinin satışını dayandıracaq.

Trend-in məlumatına görə, bu barədə "ČTK" agentliyi xəbərverib.

Məlumata əsasən, bu qərarın səbəbi beynəlxalq istehsalçılar üçünÇin bazarında əhəmiyyətli dəyişikliklər olub. "Škoda-Auto" şirkətiHindistan və Cənub-Şərqi Asiyada mövqeyini gücləndirməyə diqqətyetirmək niyyətindədir.

2025-ci ildə Çexiya avtomobil istehsalçısı Çində cəmi 15 minavtomobil satıb ki, bu da illik müqayisədə 14,5% azalma deməkdir.Halbuki, 10 il əvvəl şirkət Çində ildə 300 minə qədər avtomobilsatırdı.

Seçilən
30
az.trend.az

1Mənbələr