AZ

Ukraynalı deputat: Ukrayna bütün ssenarilərə hazır olmalıdır

Ukraynada müharibənin üç il davam etdirilməsinə hazırlıq proqramı ölkənin bütün ssenarilərə hazır olmasının vacibliyini göstərir.

Aznews.az xəbər verir ki, Bunu Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko ölkə parlamentinin Prezident Volodimir Zelenskinin təklifi ilə hazırladığı yeni proqramdan danışarkən deyib.

Onun sözlərinə görə, bu formula hamıya məlumdur və başqa formula yoxdur:

"Ona görə də, əlbəttə, hazır olmaq lazımdır. Lakin eyni zamanda Ukrayna mümkün qədər tez sülh istəyir və biz döyüş əməliyyatlarının başa çatmasını istəyirik. Təəssüf ki, Rusiya açıq şəkildə döyüş əməliyyatlarının başa çatmasını istəmir. Deməli, biz istənilən ssenariyə hazır olmalıyıq".

Deputat qeyd edib ki, müharibənin Şərqi Avropada genişlənməsi təhlükəsini və Rusiyanın Baltik ölkələrinə və ya Polşaya təhdidlərini görürlər:

"Düşünürəm ki, bu ölkələrin hadisələrin gedişatı nəticəsində müharibəyə cəlb olunması tamamilə istisna deyil. Biz özümüz görürük ki, artıq Baltik ölkələrinin ərazisinə pilotsuz uçuş aparatları düşür. Bu, əvvəllər Polşada, Rumıniyada olub, Moldova da əziyyət çəkir. Münaqişə genişlənir".

Seçilən
16
6
aznews.az

7Mənbələr