AZ

İranda 7 xəstəxana fəaliyyətini dayandırdı

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ və İsrailin zərbələri nəticəsində İranda 7 xəstəxana fəaliyyətini dayandırıb.

“Cebheinfo.az”-ın xarici mediaya istinadən məlumatına görə, İranın BMT-dəki nümayəndəsi Əli Bəhreyni bildirib ki, hücumlar nəticəsində 49 təcili yardım bölməsi, 38 təcili yardım maşını, həmçinin tibbi helikopter və gəmi ciddi zədələnib.

Qeyd edək ki, məlumat Ümumdünya Səhiyyə Təşkilatı rəhbəri Tedros Adhanom Qebreyesusa ünvanlanan məktubda yer alıb.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr