AZ

Pezaşkiandan Ərdoğanla bağlı açiqlama – FOTO

İran Prezidenti Məsud Pazeşkyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı mövqeyi ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Pazeşkyan sosial mediada paylaşdığı mesajda Ərdoğanın İsrail siyasətinə qarşı sərt mövqeyini yüksək qiymətləndirib.

O, paylaşımını türk dilində edərək, Türkiyə prezidentinin “təcavüzkar sionist rejimi qınamaqdakı qətiyyətli mövqeyinin təqdirəlayiq olduğunu” bildirib.

İran prezidenti həmçinin türk xalqının İslam dünyasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, qardaş türk milləti illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayır.

Qeyd edək ki, İran və İsrail arasında davam edən qarşıdurmanın 26-cı günündə tərəflər arasında mümkün kompromislərlə bağlı müzakirələr davam edir, eyni zamanda bölgədə hərbi və siyasi gərginlik qalmaqdadır.

Seçilən
24
1
nocomment.az

2Mənbələr