AZ

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib

Ankara, 25 mart, AZƏRTAC

Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi uşaqların və yeniyetmələrin fiziki-psixoloji vəziyyətini və inkişafını qorumaq üçün ölkənin Qida Məcəlləsinə əsasən, “Qida etiketi və istehlakçı məlumatlarının tənzimlənməsi qaydaları”nda dəyişiklik edib.

AZƏRTAC “Milliyet” qəzetinə istinadla xəbər verir ki, Türkiyə artıq yetkinlik yaşına çatmayanlar arasında mənfi assosiasiyalar yaradan qida məhsulları və qablaşdırma dizaynlarını qadağan edir.

Nazirliyin məlumatına görə, şirkətlər görünüşü və ya qablaşdırılması uşaqların fiziki, zehni, mənəvi, psixoloji və ya sosial inkişafına mənfi təsir göstərə bilən və ya onları zorakılığa təşviq edə bilən məhsulları sata bilməz.

Məsələn, silah, beyin, dodaq, kəllə, ayaq, göz və başqa bu kimi formalı qablaşdırma qadağandır. Qadağa smaylik şəkillərinə şamil olunmur.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
16
6
azertag.az

7Mənbələr