AZ

Latviya Ukraynaya hərbi-kəşfiyyat maşınları tədarük edəcək

Bakı.Trend:

Latviya hökuməti Ukraynaya CVR(T) hərbi kəşfiyyat maşınlarınınyeni partiyasını ötürəcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Baltikyanı respublikanın müdafiənaziri Andris Spruds bildirib.

Spruds vurğulayıb ki, CVR(T) maşınlarının Ukraynaya tədarüküyerli silahlı qüvvələrin tələblərinə və operativ imkanlarına hərhansı təsir göstərməyəcək.

Sonuncu dəfə 2025-ci ilin noyabr ayında Latviya Ukrayna ordusunu12 CVR (T) kəşfiyyat maşını ilə təchiz edib.

CVR(T) (Combat Vehicle Reconnaissance – Tracked) Latviyaordusunda istifadə olunan yüngül tırtıllı kəşfiyyat zirehlimaşınları ailəsidir və ilk olaraq Böyük Britaniyada hazırlanıb. Buplatformaya daxil olan əsas kəşfiyyat variantı (məsələn, Scimitar)təxminən 8 ton kütləyə malikdir, 3 nəfərlik ekipajla idarə olunurvə maksimal sürəti 80 km/saat civarındadır. Maşın alüminium zirehlətəchiz olunub (təxminən 20–60 mm), bu da onu yüngül və yüksəkmanevr qabiliyyətli edir, lakin ağır zirehli texnika ilə birbaşadöyüş üçün nəzərdə tutulmayıb.

Məqalədə:
Seçilən
47
2
az.trend.az

3Mənbələr