AZ

Demək olar ki, 90 dəqiqənin 40 dəqiqəsini yerdə uzanıb vaxt apardılar Qəzənfər Abbasov

ain.az bildirir, Fanat portalına istinadən.

2-ci Liqanın 19-cu turu çərçivəsində dünən "Kür-Araz"ın qonağı olan "Qaradağ Lökbatan" ilk yarısı məhsuldar bərabərliklə (2:2) bitən görüşü 5:2 hesablı darmadağınla başa vurdu. Qonaqların baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyun istədiyimiz kimi başladi. İlk qolu matçın əvvəllərində vurduq, lakin sonra əlimizə düşən imkanlardan yaralana bilmədik. Çox qol vurmaq istəyirdik deyə hücuma atıldıq. Bundan istifadə edən rəqib ard-arda iki dəfə qapımıza yol tapdı. Amma təşvişə düşmədik, toparlandıq və ilk hissənin sonlarında hesabı bərabərləşdirdik. İkinci hissədə isə oyun tam bizim nəzarətimizdə idi. Sadəcə qol vurmağa çətinlik çəkirdik. Buna həm rəqibin hər dəqiqe yerdə uzanıb vaxt aparması, həm meydanın bərbadlığı imkan vermirdi. 

Futbolçularımın əzmi, döyüşkənliyi sayəsində 3-cü qolu vurduq. Bundan sonra rəqib demək olar ki, dayandı və biz daha iki qol vuraraq gesabi 5-2-yə çatdırdıq. Vaxtımız çatsaydı, daha çox vura bilərdik. Təəssüflənirəm ki, vaxt az oldu. Demək olar, 90 dəqiqənin 40 dəqiqəsini yerde uzanıb vaxt apardılar. Bu da futbola, çempionatın inkişafina pis tesir edir. Təəssüf ki, futbol oynamaq yerinə qarşımızı antifutbolla kəsmək istəyirdilər. O da futbolçularımın əzmkar nübarizəsi nəticəsində baş tutmadı. Futbolçularımı, rəhbərliyi tebrik edirem. Çempion olmaq üçün  rastlaşdığımız bütün süni maneələrdən alnıaçıq çixacağımıza ümidliyəm".

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
fanat.az

2Mənbələr